Sayğılı dostlar!
Azərbaycanda bir-iki siyasi dönük var ki, onlar səngərlərin dəyişəndən sonra öz keçmişlərindən, yazdıqlarından imtina edib. Məsələn, Aynur Camalqızı, Fazil Mustafa və s.
Keçən gün Rauf Arifoğlunun “Yeni Müsavat” və öz müəlliflik etdiyi kitabdan Əli Kərimli ilə bağlı iqtibasların verdim. Nə oldu?
Çıxdı gözgörəti yazdıqların danmadı, amma de-fakto onlardan imtina etdi. Proses o istiqamətə gedir ki, deyəsən, elə edəcəm, Rauf bəy sonda bütün yaradıcılığından imtina edəcək.
Gəlin prosesləri qabaqlamayaq. Bu gün daha maraqlı məqamlardan söz açacağıq.
Rauf Arifoğlu qırmızı-qırmızı ən müxtəlif həqiqətləri təhrif edir, siyasi yaddaşı zəif olanları aldada da bilir. Məsələn, deyir ki, Elçibəyin gizli əsgəri olub, onun liderliyi üçün can verib, qan töküb. Ağ yalan.
O qəzetinin son nömrəsində özünə bab olan birini daışdırıb və onun dilindən yazıb ki, Natiq Ədilov Əli Kərimlidən pul alıb Elçibəyi təhqir edib.
Sizin hüzurunuzda bəyan edirəm: Elçibəy barədə bircə təhqiramiz yazımı tapıb qoysunlar ortaya, ictimai-siyasi meydandan həmən getməsəm, şərəfsizəm. Tapmayan da şərəfsizdir, yazmıram çünki tapa bilməzlər, mənimsə insanların şərəfini təhqir etmək fikirim yoxdu.
Fəqət mənim çoxlu faktlarım var. Bir qayda olaraq mən, fakta istinadən yazıram. Heç nə uydurmuram.
Bu gün hüzrunuzə ərz edəcəyim iki fakt var. Bunun biri Rauf Arifoğlunun 1999-cu ildə öz qəzetində yazıdığı köşə, o birisi isə elə həmin vaxt mənim ona verdiyim cavabdır.
Yazıları foto kimi qoyuram, endirin oxuyun.
Özəti isə bura yazıram.
Elçibəyi canı qədər sevdiyini yazan, onu özünə lider, komandan elan edən Rauf müəllim onda açıqcasına, qeyri-obyektivcəsinə İsa Qəmbərin mənafeyini Elçibəydən uca tuturdu. Onun yazısı həm Raufun özünü, həm də müsavatçıların bu gükü hay-küyünü ifşa edir. Bu gün müsavatçılar nə deyir? Deyirlər ki, 98-ci il seçkisini boykot etməyə Elçibəy səbəb olub. Həqiqətsə budur ki, İsa Qəmbərin yersiz iddiası, Əbülfəz bəyə vahid namizəd olmaq şansı verməməsi yaratdı bu durumu!
Rauf müəllimin yazısında da bu açıq yazılıb: Durumdan açıq danışacağıq. Müsavat başqanı İsa Qəmbər vəziyyətdən çıxış edərək hakimiyyətin birinci postuna olan iddiasından geri durmaq istəmir.
Bəs Rauf bəy nə təklif edir: “Mənim düşüncəmə görə hörmətli Əbülfəz Elçibəy vəziyyəti dəyərləndirməli və bu dəfə şansı yaxın silahdaşı İsa Qəmbərə buraxmalıdır”.
Azman mühərrir sonra qeyd edir ki, ay aman, Elçibəy şansı İsa Qəmbərə buraxmasa ölkədə vətəndaş qarşıdırması yaranacaq, ailələr dağılacaq!
Fikir verirsizmi? Onların Elçibəy sevgisi belə saxta olub dostlar?
Bəs o zaman 20 yaşlı Natiq Ədilov nə deyirdi? Bax bunu indi yazmıram, oxuyun özünüz görəcəksiniz. Sizə apaydın bəlli olacaq, kimdir əsl Elçibəy təəssübkeşi?!
Və mənə maraqlıdır, Rauf Arifoğlu bu yazısını da danacaqmı? Bu yazdıqlarından da imtina edəcəkmi?