9 oktyabrda İlham Əliyevin qələbəsi boş şeydir.
Belə bir qələbə yoxdur. Bunu vicdanlı adamların hansı mübahisələndirər ki?
Beş-altı insanlıqdan məhrum yaltaq dəstəsinin rəyi heç vaxt xalqın rəyini əsk etdirə bilməz.Xalq öz səsini Cəmil bəyə verdi. Səslər Cəmil bəyə çatdı, söyüş və qarğışlar İlham Əliyevə.
Seçki otağında olanda bülleteni qutuya atıb ordakıların sifətinə baxdım. Hamısının eşidəcəyi səslə dedim: səsimə haram qatanın balası ölsün! Əlbəttə, bu adamlara orda demokratiyadan, azadlıqdan moizə oxuya bilərdim, ancaq özümü niyə əbləhliyə qoyaydım ki. Onlara ani də olsa vicdan təlatümü yaşatdm ki, düşünsünlər ki haracan alçalıblar, balaların belə müdafiə edə bilmirlər. Həm də onu hesabladım ki, bunların çoxu qalınqabıq insandı, sonra həyat bunları cəzalkandıra da da bilmirlər nədən oldu, niyə oldu ancaq bu balan ölsün” onların yadında qalacaq.
Sevimli oxucu, halarala qədər gəlib çıxdığının fərqindəsən yəqin ki. Çarəni qarğışdan umuruq…
9 oktyabr seçkisində İlham Əliyev o məşhur nağılda olduğu kimi özü də başa düşdü ki lütdür!
10 oktyabr 680-cı ildə imam Hüseynın Yezid tərəfdarlarınınəli ilə şəhid edildi.
Tarıx kobud formada təkrarlandı 9, 10 oktyabr ərəb və azərbaycanlı yezidlər üçün bayrama çevirildi. Amma daş düşsün o bayramın başına ki ebediyyən adama lənət qazandırır.
***
Qabaqlar da çox demişəm, bu gün daha gur səslə deyirəm.
Biz vətəndaş deyilik, görməmiş bir qəbilənin əsir götürdüyü məzlumlarıq.
Biz vətəndaşlıq hüquqlarımızın bərpası üçün yox, hələ başqa işlər görməliyik.Məsələn, əsir və girovluqdan qurtarmağın yolunu öyrənib bu əsərətdən azad olmalıyıq.
Demokratiya- filana aid olan ədəbiyyatı dincə qoyun, bizə əsir və girovların hüquqları barədə kitablar yollayın, ey azad torpaqlarda yaşayan dostlar. Əmin olun bu zülmün səltənətini yıxan insanlar var, Spartak da olacaq, onu kölgədə qoyan oğlanlar da.
***
Heç kimə böyüyəndə atan-anan budur deyib tanımır, çox az adam dnt testinə, sənədə istinad edib ata-anasının kim olduğun təsdiqləyir.
Ona görə onun bunun bizə qalibimizin kim olduğunu (xüsusən beynəlxaq dələduzları nəzərdə tuturam) kiminsə göstərməsinə ehtiyac yoxdu.
Hamımız onu tanıyırıq- CəmilHəsənli!
Təbriklər Cəmil bəy!
Gəlin, Cəmil bəyə təşəkkür edək, onu təbrik edək!
Əziz Cəmil bey, bu ölkenin ləyaqəti uca tutan əksəriyyəti sizə səs verdi. Siz xalqımızın üzün ağ etdiniz.
Siz zalımın sifətinə haqq sözünü dediniz.
Siz Əliyev bütünü qırdınız.
Dəyər yaratdınız.
Ziyalı necə olmalıdır, gösterdiniz və öyrətdiniz.
Siz həztəri İbrahim kimi təkce büt qırmadınız, həm də eynən onun kimi özünüzü oda atdınız.Buna görə heç şübhəsiz bu dünyada da, o dünyada da sizin izzətiniz uca olacaq.
Əziz Cəmil bəy!Siz qalibsiniz.
Mən sizi özümə prezident sayıram. Mən tək deyiləm bu mövqedə.
Mən iftixar hissi keçirirəm ki sizin kimi insanla çiyindaş oldum.
Mən sizin əllərinizi sıxıram.
Şəxsi həyatımda da sizin rolunuz çox uca oldu.
Bu gündən sonra insanları qiymətləndirərkən mən soruşacam: 9 oktyabrda sən nə etmisən.
Aldığım cavab insanları tanımaq üçün çox böyük baza olacaq.
Bir daha təbriklər və təşəkkürlər.
Zülmü tam yenənə qədər sizləyik, ey şanlı ustad və müəllim!