“Bunlar murdardılar, bezmişəm. Işləmək istəmirəm”- bu sözləri dünən biz Elşad Abdullayevin yaydığı videodan eşitdik. Kimdir murdar? Hakimiyyətdəkilər?
Bu sözləri kim deyir? Ağır cinayətlərə dair məhkəmənin sədri – Ağababa Babayev.
Babayev hakim fəaliyyətinə 1999-da başlayıb, indiki vəzifəsində o 2010-cu ildəndir. Bu yazı qələmə alınarkən o hələ də vəzifəsindəydi. Gülər Əhmədova kimi onu bir gecədə 3 dəfə iflic tutmasa, yəqin ki, hələ də vəzifəsini davam edəcək.
YAP-ın qurucusu Sirus Təbrizli hakimiyyətdəkiləri simasız quldurlar adlandırmışdı…
Əli Insanov – bu hakimiyyəti dirçəldən adam isə YAP-a “yaramaz partiya” demişdi.
Indi qiymətləndirmə daha sərtdir – murdar.
Internet əlinizin altındadırsa, googledə axtarış verin, yazın: hakim+ Ağababa Babayevin həyat və yaradıcılığı gözünüz önündə açılacaq.
Bu adam 11-12 il iş vermək üzrə peşəkardır. Əlinə keçəni 11-12 il yollayır içəri. Aydındır, hakimin işi budur.
Ancaq düşünək…
Boğazına qədər kirli bir işin içinə girən…
Ağır cinayətdə iştirakçı olan…
Murdar adlandırdığı adamların sifarişini nökərcəsinə yerinə yetirən biri necə ədalətli ola bilər?
Bu cür insan necə başqasının taleyini düşünə bilər?
Bu videolardan Azərbaycanın necə şiddətli böhran içində olduğunu görürük. Bizə Azərbaycan hakimiyyəti ilə xalqı arasında kəskin konflikt olduğu bəlli idi. Xalqla hakimiyyət suyla yağ kimdir. Bəzən bizə elə gəlirdi və cəmiyyətə də təlqin olunurdu ki, hakim düşərgə və əliyevçi rejimin məmur korpusu arasında yekdillik və monolitlik var. Hardadı bəs o monolitlik?
Bunlar ki bir-birinin ətini çeynəməyə hazırdılar.
Nə baş verəcək?
Azərbaycanda hakimiyyəti qəsb edən adamlardan nəzəri olaraq mən hər şey gözləyirəm. Ancaq etiraf edim, bu videolara sakit baxmaq olmur. Bizi nə günlərə qoyublar. Nə günahımız varmış görəsən, bir qrup dələduz, alverçi, insani dəyərlərdən məhrum adam başımızda dəlləklik öyrənir…
Ağababa Babayev həm də hacıdır. Müqəddəs torpaqları ziyarət etmiş biridir. Bu adam bu qədər qara-qura işlərdən sonra Məkkeyi-Mükərrəmə hansı üzlə gedib?
Gedib orda nə dua eləyib, nə istəyib?
Əliyevçi siyasi sistem gözümüzün önündə çökür. Bu çökmə sözünü çox işlətmişik, vəziyyət lap “çobanın evinin yanmasına” oxşayır. Sistem çökür. Biz onun əlamətlərini videolarda bir-bir görürük: təhsili, polisi, məhkəməsi üfunət içində. Bu videoların davamı gələcək. Vəd olunur ki, bizi daha şokedici materiallar gözləyir. Ilham Əliyevin yuxusunu ərşə çəkən bu videolar Əliyevçi rejim barədə sənədli film kateqoriyasındandır, gələcəkdə milli “Nürnberq məhkəməsi” üçün ittiham aktı misalındadır. Bu videoların Ilham Əliyevin sükutunu pozacağı günü gözləyirəm. Onun dilindən baş verənlərə reaksiyanı görmək mütəəssiredici olacaq. Danışa biləcəkmi?
Bu gün tarixi gündür!
Bir dəfəÿ Zamin Hacıÿ yazmışdı ki, onların kəndində bir traktorçu olub.ÿO, evlənmək üçün kənddəki bütün imkanlı adamlara elçi yollayır; kolxoz sədrinə, məktəb direktoruna, partkoma və s.
Hamıdan yox cavabı alsa da, adam inad edir. Yenə imkanlılara elçi yollayır. Ona deyirlər, ay zalım oğlu, bilmirsən ki, onlar sənə qız verən deyil?
Deyir, bilirəm, amma mən abrımı gözləyirəm, sonra deməsinlər ki, ay filankəs, mənim qızıma niyə elçi düşmədin?
Zaminin sözü olmasın, aydındır ki, bu gün “parlament buraxılsın” tələbi ilə keçiriləcək aksiyaya görə Ilham Əliyev parlamentxanasını buraxan deyil. Ancaq gəlin biz öz abrımızı gözləyək, öz vicdanımızın səsi ilə “saxta parlament buraxılmalıdır” deyək və bu gün saat 3-də “Fəvvarələr meydanında” etiraz səsini ucaldacaq minlərdən biri olaq!
Parlament buraxılsın!