“Facebook”da ildırım sürətilə yayılan bir dezinformasiya oldu onun ölüm xəbəri…
Həmin dəqiqə mən də status yazdım: “Açığı, bilmirəm Ramiz müəllim Ilahi dərgaha qovuşub, ya yox, amma…
Mən onun yerinə olsaydım və “facebook”a girib ölüm xəbərimə respublika ictimaiyyətinin bu qədər sevindiyini görsəydim, Əzrayıldan cəld tərpənər, başıma bir güllə çaxıb yurddaşlarıma “good bye”ÿdeyərdim”.
R.Taqorun bir hekayəsi var, Mehdiyevin “ölüm xəbəri” onu yadıma salır.
Hekayənin qəhrəmanı olan qadın bacısıgildə qalır. Ondan bu evdə hər kəs bezir, hamı ondan canını qurtarmaq istəyir. Bir gün yüngülcə bayılan kimi onu aparıb qəbiristanlığa tullayırlar (meyitlər yandırılan yerə).
Qadın ayılır və geri dönür. Onu heç kim qəbul etmir, “sən ölüsən”, “pis ruhsan” deyib dışlayır.
Qadın axırda bezir və başına daş vurub özünü öldürür.
Hekayə belə bir cümlə ilə bitir:ÿ”Qadın öz ölümü ilə nəhayət, diri olduğunu sübut etdi”.
Mən Ramiz müəllimdən o hekayənin qəhrəmanı kimi fədakar aqressivlik gözləmirəm. Bizim indi onu itirən vaxtımız deyil. Amma bu yazılanlara, xalqın fərəhinə baxıb yaxşı-yaxşı düşünməyini çox istərdim. Filosof adamdır, bu düşüncələrdən faydalı bir nəticə çıxara bilər.
Bizim ölkədə agent olmaq
Elşad Abdullayevin yaydığı ikinci gizli videoda diqqətinizi çəkən nə oldu? Bunu sonra mənə yazarsınız, hələliksə, mən öz fikrimi açıqlayım.
Azərbaycan hakimiyyəti həmişə müxalifəti hansı silahla vurur, necə qaralayır?
Guya, müxalifət xaricə işləyir, cəbhəçilər, müsavatçılar Odlar Yurdunun bütün sirlərini əcnəbi kəşfiyyata satıb külfət saxlayır, filan.
Bu gülünc iddianın ən kəsə cavabı budur ki, hakimiyyət əziyyət çəkib dövlətin, cəmiyyətin taleyi üçün mühüm olan faktları elə qorumalıdır ki, kimsə Daşkəsənin dağlarında otura-otura onu əldə edib xaricə sata bilməsin.
Lakin… Bu video göstərdi və sübut etdi ki, Azərbaycanda marağı olan xarici qüvvələr ölkəmizdə heç bir çətinlik yaşamamalıdır. Bu videodan sonra müxalifətə pul verib ondan agent kimi istifadə edən xarici kəşfiyyatın başına kül olsun!
Neyçün? Çünki videoda göstərildi və sübut olundu ki, bizdə ən gizli, xəfiyyə sistemində işləmək üçün 15-20 min manat pula ehtiyac var. 15-20 min manat tapıb xəfiyyə sistemimizə öz adamlarını soxuşdura bilməyənlar varsa, gedib qoyun südündən pendir hazırlasınlar, daha belə ciddi işlərə girişməsinlər.
Korrupsiya belədir. Sadə insanlara o, “kibernetika” sözü kimi uzaq, anlaşılmaz gələ bilər. Ancaq dəqiq ifadə edildiyi kimidir – korrupsiya ağacı içindən yeyən qurddur!
Korrupsiya dövləti də, bizim hamımızı da təhlükə ilə üzbəüz qoyur. Aşkar nümunədə olduğu kimi…
Bizə toplum olaraq, qənim kəsilən istənilən təşkilat, dövlət ən həssas informasiyalarımızı öyrənib bir anda iliyimizi üzə bilər.
Bu haqda da zəhmət çəkib, açar deşiyi güdən xüsusi xidmətdəki məmurlarımız düşünsün.
Heydər Əliyevin səhvini etiraf edəcək YAP-çı axtarıram
Bir az əvvəl söz vermişdim. Heydər Əliyevin çıxışları toplanan kitabdan seçdiyim inciləri sizlərlə bölüşəcəkdim. Buyurun, növbəti nümunə…
Heydər Əliyevin Qəzzafi ilə qardaşlığına dair sənədi təqdim edirəm:
“Sizə ”Yaşıl kitab”ın xalqınızın qarşına qoyduğu vəzifələrin bütövlükdə həyata keçirilməsini arzulayıram.
Tarixi, dini, adət-ənənələri bir olan xalqlarımız arasında qarşılıqlı əlaqənin inkişaf etməsini Allah-Təaladan diləyirəm.
1 sentyabr 1994-cü il”
Dostlar, Liviyada inqilab baş verəndə Ilham Əliyev və əyanları demirdilərmi ki, Azərbaycanla Liviya fərqlidir?
Demirdilərmi ki, Azərbaycan ayrı, Ərəb dünyası ayrı?
Deyirdilər.
O zaman hakimiyyətdəkilər zəhmət çəkib Heydər Əliyevin bizi aldatdığını da etiraf etsinlər. Göründüyü kimi, “ulu öndər” özü deyir ki, Liviya ilə Azərbaycanın tarixi, dini, adət-ənənəsi birdir.