Bakıda “erməni qəbiristanlığı” uçurulub-dağıdılanda (2006-cı il) hökumətin bu vəhşiliyinə “faşizm” adı verənlər az olmadı. Açığı hökumətin etdiklərinin qarşılığında ona yapışan ittiham idi.
Ancaq çox keçmədi 2007-ci ildə hökumət məşhur “Bibiheybət” qəbiristanlığının ÿbir hissəsini yerlə bir etdi, oradan keçənlər yollara səpilən müsəlman övladlarının kəllə, qol, qıç sümüklərinə günlərlə şahid oldular.
17 dekabr 2011.ÿ Azərbaycan hakimiyyəti türmədə ölümünə bais olduğu, Talış xalqının öndə gedən alimiÿ Novruzəli Məmmədovunÿ ruhuna savaş açır; onun əmlakı müsadirə olunur. Internetdə bu kadrlar yayılır, talış dostlarım xüsusən övkələnir. Bilirəm ki, çox vaxt dilə gətirməsələr də, onların bəzisində milli kimliklərinə görə zülmə tuş gəldikləri barədə düşüncə var.
Cəmi bir gün ötür: Azərbaycan hakimiyyəti günahsız yerə məhbəsə atdığı türk millətçisi Tural Abbaslının ÿevini vandalcasına uçurur, onun əzizlərinə qarşı fiziki zorakılıq göstərir…
***
Mənə belə gəlir ki, sadaladığım 4 fakt bizə öz müsibətilərimizi anlamağa aydın dəlillərdir. Azərbaycan hökuməti balans siyasətini nədə imitasiya eləsə də, zülm məsələsində ona tam riayət edir.
Bu ölkənin talışı qədər türkü, türkü qədər ləzgisi, tatı, kürdü, saxuru Əliyev adlı bəlanın qurbanlarıdır.
Xülasə, mənə görə, bizdə Azərbaycanın entik çoxluğu türklərin “ölkəni kürdlər idarə edir, ona görə bu gündəyik”, etnik azlıqların “ölkədə türk hegemonluğu var, ona görə bu haldayıq” düşüncəsi bizim demokratiya, firavanlıq, qardaşlıq uğrunda apardığımız mübarizənin önünə tullanılan böyük kötükdür.
Kötük özü bilər, heç olmasa, biz kötük olmayaq.
Ölkəmizdə Nyuton peyda olub, ya da analoqsuz məddah
Müəllim işləyərkən, aldığım xəbərdarlıqlardan birincisi dövlət başçısının əmisi Cəlal Əliyevlə bağlı olmuşdu. 11-ci sinfin “Ümumi biologiya”sında Cəlal Əliyevin Miçurindən də böyük alim-ixtiraçı kimi təqdim edildiyi mövzunu oxuyanda tüstüm başımdan çıxmışdı. “Tədrisə siyasəti bulaşdırmaq olmaz!” prinsipini pozaraq, şagirdlər qarşısında tayfa-klan rejimi əleyhinə alovlu çıxış etmişdim…
Bu çıxışın sorağı lap uzaqlara gedib çıxdı və mənə xəbərdarlıq etdilər ki, dərsdə siyasətlə məşğul olmayım. Şagirdlər heç vaxt mənim siyasi hədəflərim olmayıb. Mənimki əksinə, onları yaltaq bir siyasətin alətinə çevirməyə etiraz idi. Ancaq bu xəbərdarlığı edən adamları da başa düşürdüm. Onlar kiçik adamlar idi, sözün bütün mənalarında. Həm vəzifə, həm şəxsiyyət, həm də savad baxımından…
Bugünlərdə Cəlal müəllimlə bağlı oxuduğum bir material məni yaltaqlıq barədə bir daha düşündürdü. Demirəm, təzə qanun kəşf etmişəm, yox, sadəcə, özüm üçün bir daha təsdiqlədim. Insan yaltaqlanırsa, onun alim, yoxsa nadan olması heç bir məna kəsb etmir. Özünüz də qərar verə bilərsiniz, tanış olaq:
“Akademik Cəlal Əliyev Azərbaycanda fiziki-kimyəvi biologiya, xüsusən də biokimya və biofizika sahələrində tədqiqatları genişləndirərək yeni tədqiqat istiqamətlərinin – molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinformatikanın ÿinkişafının əsasını qoymuşdur”.
Əfəndilər, bu fikirlər akademik-nazir Əli Abbasova məxsusdur (mənbə http://www.azerbaican-news.az/index.php?mod=3&id=4713)
Indi biz iki həqiqətdən birini qəbul etməliyik: ya Cəlal Əliyevin Nyuton qədər ixtiraçı olduğunu, ya da Əli müəllimin tamadalığını.
Necə deyərlər, igid əsgər, iki yoldan birini seç – ya azad ol, ya candan keç!