Nobel ödüllü yazıçı Qabriel Qarsia Markes öldü. Ölüm xəbərindən cəmi bir neçə saat sonra isə artıq onun “vida məktubu” internet üzərindən tıklanma rekordu qırmaqda idi. Bizim bəzi saytlar da həmin məktubu tələm-tələsik, özü də eybəcər şəkildə dilimizə çevirib səhifələrinə yerləşdirmişdilər. Sosial şəbəkələrdə həmin ilk baxışda gözəgəlimli, əslində isə içi tamamilə boş “vida məktubu”ndan parçalar üzərində ağlaşmalar qurulmuşdu.
“Vida məktubu”na aludəçilik, hətta o həddə çatdıki, onu Markesin “Yüz ilin tənhalığı”, “Patriarxın payızı” romanlarıilə müqayisə edənlər belə tapıldı. Halbuki, Markes həmin mətni düşük, bayağıadlandırmışdı. Bəli, bəli məhz “düşük, bayağı”! Məsələ burasındadır ki, Markesin ölüm xəbəri yayılandan dərhal sonra Türkiyə, Rusiya qarışıq, dünyanın çeşidli ölkələrinin saytlarında yayılan həmin “vida məktubu” əslində, yeni deyil. Üstəlik, onu Markes yazmayıb.
Yazıçıbunu hələ uzaq 2004-cü ildə “Literra” dərgisinə müsahibəsində dilə gətirmişdi. Həmin müsahibəni Migel Palasio götürüb və maraqlananlar o söyləşini (yeri gəlmişkən, bəlkə ərəbcədən gəlmə “müsahibə” sözünü tamamən dilimizdən çıxarıb, elə onu Türkiyə türkcəsindəki “söyləşi” ilə əvəz edək?) http://literra.ru/2005/07/21/27/ linkindən oxuya bilərlər.
Markes həmin müsahibəsində bu gün fanatlarının göz yaşlarıiçində paylaşdığı, az qala, hər cümləsindən dahilik fışqırdığınıiddia etdikləri vida məktubu barədə belə deyir: “Iki il əvvəl özünü ağıllıhesab eləyən bir qoçaq internetdə vəsiyyət məktubumu yerləşdirmişdi. Səmimi pərəstişkarlarımın belə bayağışeylər yazdığıma inanmasıməni həm utandırır, həm də ağrıdır”.
Əlavə sözə ehtiyac varmı?
Var. Bu “vida məktubu” sübut etdi ki, içi Azərbaycan qarışıq, dünyanın bir çox yerində Markesin oxucularıçoxluq etibarilə mahiyyətcə itaətkar, şəxsiyyətpərəstdirlər. Onlarıhazırlıqlı, intellektual oxucu hesab etmək olmaz. Onlar Markesə qeyd-şərtsiz biət etməklə məşğuldurlar, onlara altında “Qabriel Qarsia Markes” yazılmış istənilən mətni təqdim etmək kifayətdir ki, həmin cızmaqaranıdərhal, gözüyumulu, heç bir sorğu-sualsız “ilahi mətn” kimi qəbul etsinlər.
Markes və prezidentlər
Markesin ölümü ilə köhnə bir dartışma yenidən alovlanıb: o, solçu idi, ya yox? Yoxsa, solçu kimi görünmək onun özü ətrafında yaratmağısevdiyi çoxsaylımiflərdən biridir? Markesi “solçu” hesab edənlər onun sosialist Kubasının lideri Fidel Kastroya rəğbətini, onunla dostluğunu göstərirlər. Eyni məntiqdən çıxış etsək, maraqlıvəziyyət yaranır: Markes kapitalist Amerikasının sabiq prezidenti Bill Klintonun da yaxın dostudur. Onların arasında az qala, 25 ilə dayanan bir dostluq var. Fidelin dostu Markes solçudursa, o zaman Klintonun dostu Markes kimdir?
Böyüməyən Markes
Dedik axı, Markes özü ilə bağlımiflər yaratmağısevirdi. O, şöhrətli bir yazıçıolduğu qədər də qüdrətli bir menecer – özü özünün meneceri idi. Hətta heç nə yazmayanda belə, hər yerdə özü haqda danışılmasına, dartışılmasına nail olmağıbacarırdı. Nəinki sadə oxucunu, yazıçılarıbelə, öz toruna, ovsununa salmaq, onlarıöz uydurma klişelərinə (məsələn, “gündə bir səhifə yazmaq”, “bir cümləni yazanacan ölüb, ölüb, dirilmək” kimi!) tabe etmək Markesin əlində su içimi kimi bir şey idi.
Mən bu haqda “Markesistlər” adlıyazımda yazmışam, təkrara ehtiyac yoxdur. Markesin yuxarıda linkini paylaşdığım söyləşisindəki bir parça çox maraqlıdır: “Uşaqlıqda, yeniyetməlik vaxtıgüclü təxəyyülüm vardı, özümdən cürbəcür hoqqalar çıxarır, hadisələr, dostlar uydururdum. Sağlam olduğum halda, hamınıölümcül xəstə olduğuma inandırırdım”.
Belə hesab etmək olar ki, Markes əslində, heç vaxt böyümədi, o, həmişə uşaq olaraq qaldı: cürbəcür hoqqalar çıxarmağa davam etdi – amma bu dəfə yazıçı-menecer kimi. Ona inananlar isə indi çox kədərlidilər, hüznlüdülər.
Guya Markes ölüb.
Sizcə, heç Markes ölə bilər?