Xaliq Bahadır xanbahadir@mail.ru
prezidenti” adlanan I.Əliyev avqustun sonlarında “zəhmətkeşlər” qarısındakı çıxışında satılıb rejim əlaltısına çevrilməyən müxalifəti yenə yıxıb-sürüdü: “Azərbaycanın analoqsuz inkişafını gözü götürməyən, satqın, xain, ermənipərəst, pulgir Azərbaycan müxalifəti”. Bunun ardınca “Azadlıq” qəzeti gerçəkdən kimin kim olduğunu göstərən sıralama ilə çıxış etdi (01.09.2014). Sıralamada I.Əliyevin bütün başlıca yeraltı-yerüstü qazanc qaynaqlarını, gəlir yerlərini ələ keçirməklə Azərbaycanı özü, ailəsi üçün böyük bir konsorsiuma, kommersiya obyektinə çevirdiyi konkret faktlarla göstərilir.
Indi isə ortaya Oluşmuş Kriminal – Korrupsiya Araşdırmaları Projesi üzrə Qlobal Araşdırmaçı Jurnalistlər Birliyinin “Rövnəq Abdullayevin qayınatasının neft biznesi” adlı böyük araşdırması çıxıb (“Azadlıq”, 18.09.2014). Yazıda R.Abdullayevin qayınatasının Sinqapurdan, Birləşmiş Ərəb Əmirliklərindən Vircin adalarınadək neft biznesi yoluyla qazandığı milyardlardan danışılır. I.Əliyevin, R.Mehdiyevin dəmir kontrolu altında formalaşdırılan “Azərbaycan parlamentinin” neftə bağlı milyardların mənimsənilməsindəki kriminal rolu da yazıda konkret faktlarla göstərilir. Bundan qabaq ortaya R.Abdullayevin yaxın qohumu Anar Əliyevlə bağlı oxşar faktlar çıxarılmışdı.
Ondan qabaq I.Əliyev ailəsinin AZAL-ı mənimsəməsi, bank mənimsəməsi, Daşkəsən qızıl-gümüş yataqlarını mənimsəməsi, Sumqayıtda 17 zavodu ələ keçirib Vergidən yayındırması, dövlətin puluna alınan cins keçilərin belə mənimsənilməsi kimi ortaya çoxsaylı faktlar çıxarılmışdı. Burada, orada göstərilən, yer çatışmazlığı üzündən göstərilməyən faktların hamısı bir yerdə I.Əliyevin ailəsi ilə birgə Azərbaycanı bütünlüklə özəlləşdirib-mənimsədiyini göstərir. Adəm Əliyev (R.Abdullayevin qayınatası), Anar Əliyev, Əbdülbari Gözəl… bütün bu kimi adlar prezidentə, prezident ailəsinə bağlı QLOBAL BIZNES IMPERIYASININ (bu imperiya çoxdan qlobal xarakter alıb) xırdaca vintcikləridir. Bütün bunları ört-basır etmək üçün “Azadlıq” qəzeti ilə “Turan” informasiya agentliyini çıxmaqla ölkədəki ALTERNATIV informasiya resursları bütünlüklə ələ keçirilib. “Azərbaycan prezidenti” Ilham Əliyevin indi ölkədə ikicə aşaması qalır – “Turan” IA ilə “Azadlıq” qəzetini yox etmək! Ondan sonra el arasında deyildiyi kimi, “qızılı başına götür” olacaq. Başqa cür desək, yüzə yüz arxayınçılıq!
Olmayacaq!!! Bunu I.Əliyevin ardıcıl repressiya siyasətlərinin toplumda qorxudan qat-qar artıq rejimə nifrət, acıq doğurmasından da, ABŞ-ın getdikcə aqressivləşən rejimə, getdikcə sərtləşən reaksiyalarından da, Avropa Parlamentinin indiki 18 mərmili artilleriya atışından da açıq görmək olar. Iş Miloşeviç sayağı Haaqa məhkəməsinə doğru irəliləməkdədir. Bu işdə yalnız korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrilməsi faktı deyil, jurnalist Elmar Hüseynovun öldürülməsindən tutmuş, Ilqar Məmmədovun, Anar Məmmədlinin, Leyla Yunusun, Seymur Həzinin tutulmasına, eləcə də hökumətə satılmayan HAQ-ların – QHT-lərin ofislərinin “vergidənyayınma” ARQUMENTI üçün millimetrlə ölçülməsinədək saysız kriminal faktları ortaya çəkiləcək.
Ofislərini millimetrlə ölçməklə A.Məmmədflini, Leyla Yunusu, Intiqam Əliyevi “vergidənyayınma” suçlaması altında dustaq etdilər. Ofisləri millimetrlə ölçülmüş bir sıra başqaları oxşar suçlamalarla tutulacaqları günü gözləməkdədirlər. Indiki gedişlə çox keçməyəcək tərsinə ölçmələr başlayacaq. Qarabağı verməklə, Neft-Qaz resurslarını pay-puş etməklə, Azərbaycanı böyük güclər arasında alver obyektinə çevirməklə hakimiyət sürənlərin oğurlama-yağmalama faktlarının ölçülməsinə başlayanda kef olacaq. Onda millimetrlərlə deyil, Azərbaycanın bu başından o başına yüz kilometrlərlə ölçmələr olacaq. Onda təkcə ölkə içində deyil, ortadakı faktlara uyğun olaraq dünyanın bu başından o başına – Sinqapurdan, Dubaydan, Vircin adalarınadək – milyon kilometrlərlə, meridianlar, paralellərlə ölçmələr olacaq. Onda dövlət strukturlarını bütünlüklə bürümüş korrupsiyadan geniş yayılmış ana-uşaq ölümünədək ölçmələr olacaq. Onda təmir-tikinti işlərinə milyonlar səpələnən məktəblərdəki buraxılış imtahanlarında Ana dilindən yüzdə doxsan öyrəncinin “2″ almasınadək ölçmələr olacaq. Onda universitetlərə keçid balının 150-yə endirilməsinə görə ölçmələr olacaq. Onda milyonlar mənimsənən Azərbaycan ”Sağlamlıq” sisteminin yararsızlığı üzündən hər gün Irana üz tutan 4 (dörd min!) canı ağrılı, yoxsul-cibiboş yurddaşımıza görə ölçmələr olacaq. Onda dünyada görünməmiş yüksək bank faizlərini ödəyə bilmədiyindən özünü öldürənlərə görə ölçmələr olacaq. Onda bir belə var-yatırla müəllimə verilən 200, həkimə verilən 150 manatlıq aylığa, qocalara verilən 150 manatlıq dilənçi payına görə ölçmələr olacaq! Məni bu böyük gerçəyə ən çox AYRI AZƏRBAYCAN sevgisinə yüklənmiş gənc-yaşlı çarpışma yoldaşlarımın dönməzliyi inandırır!! Qoy Ölkədə IŞĞAL rejimi qurmuş yağılar bilsinlər: biz yığın-yığın türmələrdən keçərik, sevgili AzərbayCANIMIZdan keçmərik!!!