Türkiyədə internet fenomeni sayılan Fuad Avni iyunun 7-də keçiriləсək parlament seçkiləri ilə bağlı şok iddia səsləndirib. Avni bildirib ki, AKP seçkilərdə 7 faizə yaxın səsi saxtalaşdıraraq öz adına yazmağı planlaşdırır: «Şahid olduğum həqiqətləri yazmaq məcburiyyətindəyəm. Əsla ümidinizi itirməyin. Seçkidə hiylə işlətmək istəyənlərə göz açmağa imkan verməyin. AKP seçki hiylələri üçün A komandası qurub. Bu komandanın bölgələrdə, kəndlərdə bölmələri yaradılıb. Hiyləni həyata keçirəcək insanlar müəyyənləşdirilib. Təxminən 174 min seçki qutusu ilə bağlı hədəf göstərilib. Bu hədəfə görə, hər qutuda ən azı, 20 səs saxtalaşdırılmalıdır. Ölkə üzrə ümumilikdə 3 milyon 480 min səs oğurlamaq istəyirlər. Hədəfə uyğun olaraq səslərin təxminən 7 faizi oğurlanarsa, AKP-nin təkbaşına iqtidara gəlmək istəyi gerçəkləşmiş olacaq».
azadlıq.info