«Çantalardan dəmir parçaları, «molotof»lar çıxdı»
«Zorakılığa və vandallığa imkan verməyəсəyik»
«Taksim»də yaşanan gərginliklə bağlı Türkiyə prezidenti Rəсəb Tayyib Ərdoğandan operativ reaksiya gəlib. Ərdoğan qadağalara baxmayaraq, «Taksim»də aksiya keçirmək israrının arxasında məkrli niyyətin olduğunu deyib: «Taksim» meydanı mitinq yeri deyil. Burada mitinq keçirmək bütün İstanbulu iflic vəziyyətə salmaq deməkdir. Bu meydan hərəkətin mərkəzidir. Təhlükəsizlik problemi də var. Özünə inanırsansa, get, «Yeniqapı»da etiraz et. İstanbuldakı yoldaşlara da demişəm ki, mitinqlər üçün 8 yox, 18 yer ayırın. 1 mayı dövlət olaraq rəsmi istirahət günü elan etmişik. 77-ci ildə «Taksim»də yaşanan acı olaylarla bağlı həssaslığı da başa düşür və hörmətlə yanaşırıq. «Mütləq «Taksim»də toplaşmalıyıq» deyilirsə, bunun adı anma mərasimi yox, xaos yaratmaqdır. Bunun arxasında əsla xoş niyyət görmürük, görmərik də».
Ərdoğanın fikrincə, belə vaxtlarda kütlənin arasına terror təşkilatlarının üzvləri sızır: «Çantalardan dəmir parçaları, «molotof»lar çıxdı. Birilərinin kefinə görə insanların haqqını yeyə bilmərik. 1 mayla bağlı kimlərinsə addımlarını məhdudlaşdırmaq istəmirik. Bizim mədəniyyətimizdə əməyə çox böyük qiymət var. Bir hədisdə də işçinin haqqının verilməli olduğu deyilir. Amma bəzi şeylər qanunun gücüylə yox, qəlblə, Allah sevgisi ilə olur. Heç kim başqasının haqqına göz dikməməlidir. Allah da «qarşıma qul haqqıyla gəlmə» deyir. Zəngin ola bilərsən, amma üzərində qul haqqı varsa, işin ağırdı. 1 mayı da bu baxımdan qiymətləndirmək lazımdır. İşçilər bizim üçün müqəddəsdir. Haqq axtarma mücadilənizi də dəstəkləyirəm. Haqqımızı sonuna qədər axtaracağıq, amma zorakılığa və vandallığa imkan verməyəcəyik. Bunu etmək millətin istiqbalına xəyanətdir”.
AKP hökumətinə qarşı hücumlara, qaralama kampaniyalarına baxmayaraq, Türkiyənin gələcəyinin olduğunu deyən Ərdoğan «İndi də ürəklərindən Türkiyəni idarə etmək keçir. Allah betərindən saxlasın» deməklə açıqlamasını bitirib.
Gültəkin