Rublun dollar və avroaya nisbətdə ucuzlaşması Rusiyanın tanınmış «Qazprom» şirkətinin gəlirlərini xeyli aşağı salıb. 2014-cü ildə şirkətin gəlirləri 2013-lə müqayisədə 7 dəfə azalaraq 159 milyard rubl (3 mld. dollar) olub. Bu barədə məlumat «Qazprom»un illik hesabatında yayılıb. Bununla belə, şirkətin İdarə Heytəi və Direktorlar Şurasının üzvləri üçün nəzərdə tutulan mükafatlar iki dəfə artırılaraq 4, 393 milyard rubla çatdırılıb.
Ötən həftə Avropa Birliyi Komissiyası «Qazprom»u 8 ölkədə – Bolqarıstan, Çexiya, Masarıstan, Estoniya, Latviya, Litva, Slovakiya və Polşada AB-nin rəqabət qaydalarını pozmaqda ittiham edərək şirkətin 17 milyard cərimələnə biləcəyini açıqlayıb. İddialara görə, «Qazprom» qaz satışında ədalətsiz qiymətlər tətbiq edib, alıjılar qarşısında əsassız tələblər qoyub. Avropa Komissiyası ittihamları yazılı şəkildə şirkətə ünvanlayaraq izahat tələb edib. «Qazprom» 12 həftə ərzində Avropa Birliyinə izahlı cavab göndərməlidir.
Gültəkin