Ukraynanın tanınmış jurnalisti Oles Buzina aprelin 16-da paytaxt Kiyevdə qətlə yetirilib. Bu barədə yerli kütləvi informasiya vasitələri xəbər verirlər.
Qətl şəhərin Şevçenko rayonunda tərədilib. Jurnalist yaşadığı evin girişində 2 maskalı adam tərəfindən güllələnib.
Məlumatı Daxili İşlər Nazirliyi də təsdiqləyib.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.