İran İslam inqilabından sonra ilk dəfə rəsmi Tehranı xaricdə qadın səfir təmsil edəcək. Mərziyə Afkxamın hansı ölkədə diplomatik fəaliyyətə başlayacağı hələlik bəlli deyil. Bu vaxta qədər İranda yalnız bir qadın səfir olub. Mehrangiz Dolatşahi ötən əsrin 70-сi illərində İranı Kopenhagendə təmsil edib.
Hazırkı prezident Həsən Ruhani 2013-сü ildə seçkiönсəsi kampaniyası zamanı qadın hüquqlarının müdafiəsini əsas götürəcəyini bildirmişdi. Prezidentin göstərişi ilə bu ilin martında qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Gönçeh Qavami həbsdən azad edildi. Qavami İranda qadın hüquqlarının məhdudlaşdırılmasına, qadınların idman arenalarında kişilərlə birgə yarışmasına qoyulan qadağaya qarşı aktiv mübarizə aparırdı.
Gültəkin