ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkilərində demokratların namizədi olmaq istədiyini bəyan edib.
Məlumatı “The New York Times” yayıb. Qəzetyazır ki, Klinton “Amerikalılara hər gün çempion lazımdır. Və mən belə bir çempion olmaq istərdim. Beləliklə, mən sizlərin səslərini qazanmaq üçün yola çıxıram" deyərək prezidentliyə namizədliyini irəli sürəcəyini elan edib.
Xatırladaq ki, bir gün qabaq ABŞ-ın indiki prezidenti Barak Obama Hillari Klintonun namizədliyinə münasibət bildirərək, onu tərifləmişdi. "O, ABŞ üçün əla prezident olacaq", deyə Obama xanım Klinton barədə fikrini bölüşmüşdü.