Yəməndə vəziyyət yenidən qarışıb. BBC-nin rus xidməti məlumat yayıb ki, «Əl-Qaidə»yə bağlı olan cihad qruplaşması Yəmənin cənubunda Əl-Xaut şəhərini ələ keçirib. Şahidlərin dediyinə görə, silahlılar avtomobillər və qara bayraqlarla şəhərə girərək hərbi kazarmaları, inzibati binaları tutublar. Xüsusi-xidmət orqanlarının təslim olmaq istəməyən 25 əməkdaşlını isə vəhşicəsinə öldürüblər.