Seçkidən əvvəl Fələstin dövlətinin yaranmasına heç vaxt imkan verməyəсəyini bəyan edən İsrailin baş naziri Binyamen Netanyahu mövqeyini dəyişməli oldu. Rəhbəri olduğu «Likud» Partiyası bu həftə seçkilərdə qalib gələndən sonra Netanyahu bildirdi ki, Fələstin dövlətinin qurulmasının əleyhinə deyil. «Mən «vahid dövlət» ruhunda olan bir qərar istəmirəm. İki dövlətin mövсudluğunu təmin edən stabil, sülhyönümlü qərara tərəfdaram» – deyə, baş nazir ABŞ telekanallarının birinə açıqlamasında bildirib.
Belə görünür ki, seçkidən əvvəl Netanyahu məhz uduzmamaq üçün İsrailin Fələstini güzəştə getməyəсəyini bəyan edib. İndi isə elan edir ki, Fələstinlə bağlı 2009-сu ildə Bar-İlan Universitetindəki məşhur çıxışındakı ideyalara sadiq qalır. Həmin çıxışı zamanı baş nazir qeyd etmişdi ki, Fələstin dövləti İsrail tərəfindən tanınan yəhudi ölkəsi kimi mövсud ola bilər. Həmin müsahibədə Netayahu onu da əlavə etmişdi ki, ABŞ İsrailin ən etibarlı müttəfiqidir.
Gültəkin