Ukraynanın şərqində qarşıdurmaların şiddətlənməsindən sonra fövqəladə toplanan AB xarici işlər nazirləri sanksiyaların sentyabra qədər qüvvədə qalmasına və siyahıya yeni adların əlavə edilməsinə razılaşıb. AB xarici siyasət rəhbəri Federica Mogherini, təşkil etdiyi mətbuat konfransında viza qadağası tətbiq ediləcək və hesabları dondurulacaq yeni şəxslərlə əlaqədar bir həftə içində təkliflərini hazırlayacaqlarını və 9 fevralda xarici işlər nazirlərinin təsdiqinə təqdim edəcəklərini bildirib. AB xarici işlər nazirlərinin toplantısında çox dərin müzakirələr aparıldığını bldirən Mogherini, AB-nin birliyini müdafiə etdiyini və lazım olsa gələcəkdə sanksiyaları ağırlaşdırmaq iradəsini göstərdiyini bildirib. Sonda Mariupol şəhərinə hücumun və separatçılara dəstəyin məsuliyyətini Rusiyanın daşıdığını göstərən bəyanatı Yunanıstan xarici işlər naziri Kotzias da imzalayb.
azadliq.info