Yunanıstanda seçkilərdə qalib gələn solçu lider Tsipras dini anddan imtina edib. Yalnız Yunanıstan prezidenti Karolos Papulyasın qarşısında siyasi and içəcəyini bildirən Tsipras, andiçmə mərasimində baş yepiskopun qarşısına çıxmayıb.Tsipras eyni zamanda, indiyə kimi mövcud olan ənənədən imtina edərək, xristianların müqəddəs kitabı olan “İncil”ə də and içməyib. Tsipras, formalaşdırcağı kabinet üzvlərinin də yalnız siyasi and işəcəklərini bildirib.
azadliq.info