XİN başçıları sanksiyaların ləğvinə qarşı çıxdı
Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Rusiiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün əsasların olmadığını bəyan ediblər.
AB-nin xarici siyasət qurumunun rəhbəri Federika Mogerini ittifaq üzvlərinə Rusiya ilə qlobal demokratiya, ticarət və digər məsələlər üzrə danışıqları bərpa etməyi təklif etsə də, AB XİN başçıları buna razılıq verməyib.
Mogerini qeyd edib ki, barışıq addımları yalnız Rusiya Ukrayna ilə münaqişədə əldə edilən razılaşmalara əməl edəndən sonra qüvvəyə minə bilər.
Litva XİN başçısı Linas Linkevviçus bildirib ki, biz əməkdaşlığın bərpası barədə düşünməməliyik. Bu barədə Rusiya düşünməlidir. Onun fikrincə, sanksiyaların ləbvvi üçün əsas yoxdur.
Danimarkanın XİN başçısı Mirtin Lidenqaard da hazırda sanksiyalardan imtina üçün münasib vaxtın olmadığını deyib.
İsveç XİN başçısı Marqo Valstrem isə hesab edir ki, AB Rusiyaya qarşı sanksiya siyasətini davam etdirməlidir, lakin gələcəkdə Moskva ilə əməkdaşlığın mümkünlüyünü də unutmaq olmaz.
azadlıq.info