Rusiya prezidenti Vladimir Putin bir gün əvvəl keçirdiyi mətbuat konfransında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini hədəfə alıb. Kreml rəhbəri bildirib ki, Saakaşvilini Gürcüstandan qovublar, ABŞ isə ona iş vizası belə vermir.
Putin bu açıqlamasına Saakaşvilinin cavabını özünü çox gözlətməyib. Saakavşili bildirib ki, onun ABŞ-da nə iş vizası, nə də işlə bağlı heç bir problemi yoxdur.
«Rusiya uçuruma yuvarlanır. Ancaq onun prezidenti yenə də məndən danışır. Putin çox əsəbləşməsin. Son aylarda məni bir çoox aparıcı uuniversitetlərə dəvət ediblər, Ukrrayna hökumətində rəhbər vəzifələrdən birinə dəvət ediblər, ancaq hələlik imtina etmişəm. Rəhbərliyim altında Vaşinqtonda institut yaradılıb və ABŞ Dövlət Departamenti artıq mənə 0-1 iş vizasını təklif edib. Putin etdiklərindən imtina etsin, xahiş edirəm və ona da belə viza verərlər. Onu institutumuza işə qəbul etməyə hazıram, qoy memuar yazsın», – deyə Saakaşvili qeyd edib.
azadlıq.info