Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya Belarusdan ərzaq ixracının məhdudlaşdırılmasını siyasi səbəblərlə izah edir.
Belarus lideri əmindir ki, Moskva bu addımı Minskin Qərbə qarşı ərzaq sanksiyalarına qoşulmaması səbəbindən atıb. «Rusiya deyir ki, biz sanksiya tətbiq etdik, Belarus bizə qoşulmadı. Biz axı qoşulacağa söz verməmişdik. Əgər biz Rusiya kimi sanksiya tətbiq etsək, tamam lüt qalarıq», – deyə Lukaşenko qeyd edib.
Lukaşenkonun sözlərinə görə, ona sanksiyalara qoşulmaq təklifi edilməyib: «Heç kim bizdən xahiş etməyib ki, siz də qoşulun sanksiyalara, nəsə itirsəniz, köməklik edərik. Belə söhbət olmayıb».
azadlıq.info