Yaşıllar Qrupunun üzvü, Almaniyalı parlamentari Rebecca Harmsın təklif etdiyi “Türkiyədə mətbuat azadlığı” adlı sənəd səsvermədən keçib. Sabah Strasburqda keçiriləcək müzakirədə Avropa Birliyi Xarici Əlaqələr komitəsinin rəhbəri Federica Mogerini də qatılacaq. Bütün siyasi qrupların qatılacağı toplantıda əsasən “Zaman” və “Samanyolu” tv-yə olan polis basqınları müzakirə mövzusu olacaq. Müzakirələrin təticəsi 2015 –ci ilin yanvar ayında qəbul olunmaq üçün səsverməyə çıxarılacaq.
Avropa Parlamentinin (AP) Başçısı Martin Shulz da dünən ümumi AP-nin ümumi yığıncağının açılışında etdiyi çıxışda Əkrəm Dumanlı və Hidayət Qaracanın nəzarətə alınması əməliyyatını şok hadisə kimi dəyərləndirib. Shulz “Türkiyədə mətbuat və və ifadə azadlığı ilə bağlı problemlər yeni deyil. Gəzi Parkı etirazları zamanı da jurnalistlərə və ictimai mediaya təzyiqlərə şahid olmuşduq. Dünən bir daha hökumətə müxalif mətbuata polis basqınının şahid olduq. Son hadisələr müxalif mediaya istiqamətlənmiş təhlükəli bir tendensiyadan xəbər verir və biz bunu yaxından izləməkdə davam edəcəyik” deyə bildirib.