Ölümcül Ebola virusundan dünyasını dəyişənlərin sayı sürətlə artır. Son məlumatlara görə bu virusdan ölənlərin sayı 4000 nəfərdən çoxdur. Yoluxanlar isə 7000 nəfərdən artıqdır. Artıq bütün dünya bu virusla mübarizəyə start verib və müxtəlif ölkələr, təşkilatlar, iş adamları Ebola ilə mübarizəyə milyonlarla dollar vəsait xərcləyib.
Ebola ilə mübarizəyə pul ayıranların ilk 10-luğu məlum olub. Belə ki, ABŞ Ebola ilə mübarizəyə 169.5 milyon, Dünya bankı 105 milyon, fərdi donorlar 54.9 milyon, Mark Zukkenberq 25 milyon,Afrika İnkişaf Bankı 45.4 milyon, Böyük Britaniya 18.8 milyon, Avropa Komissiyası 15.9 milyon, Almaniya 15.3 milyon, Central Emergensy Response Fund 15.2 milyon, Avstraliya 13.9, Çin 8.3 milyon dollar vəsait ayırıb.