Avstraliyanın baş naziri Toni Ebbot Rusiya prezidenti Vladimir Putini hədələyib.Baş nazir bildirib ki, “Böyük İyirmilik”in sammitində Putin Donetskdə qəzaya uğrayan Malayziyaya məxsus Boeing-777 təyyarəsinin qəzaya uğraması ilə bağlı suallara ciddi şəkildə cavab verməli olacaq.
Rusiya ilə gələcək münasibətlərə gəlincə,Ebbot bildirib ki, Putinə qarşı Avstraliya futbolunda tətbiq edilən “shirtfront”dan istifadə edəcək.
“”Shirtfront” – bu deməkdir ki, rəqibinlə toqquşarkən onu yerə yıxıb, topu götürüb qaçmaqdır. Məhz bu üsulla Putinə hücum edəcəm. Cənab Putin buna əmin ola bilərsiniz”, deyə Ebbot bildirib.
T.Ebbot bildirib ki, Boeing-777-də olan 38 Avstraliya vətəndaşı məhz Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən öldürülüb. Ona görə də sammitdə Putinin əlini sıxsam, xalqımın xoşuna gəlməyəcək.