Gələn həftə Britaniya parlamentində hökuməti Fələstini dövlət kimi tanımağa çağıran qətnamə ilə bağlı səsvermə keçiriləcək. Bu barədə Independent nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, leyboristlərin lideri Ed Milibend partiya üzvlərini qətnməyə dəstək verməyə çağırıb. Liberal-demokratların və bəzi mühafizəkarların da qətnamənin lehinə səs verəcəyini gözlənilir. Independent-in yazdığına görə, səsvermə simvolik xarakter daşıyacaq və Britaniya hökuməti üzərinə heç bir öhdəlik qoymayacaq. Ancaq hər bir halda beynəlxalq miqyasda əhəmiyyətli nəticələri olacaq.
azadlıq.info