Rusiya şirkəti Siemens-dən rüşvət almaqda şübhəli bilinir
Yaxın aylarda İsveçrədə “Qazprom”un top-menecerlərinə qarşı məhkəmə prosesi başlaya bilər. Şirkətin vəzifəli şəxsləri rüşvət verməkdə və çirkli pulların yuyulmasında şühbəli bilinirlər.
İsveçrə prokurorluğu “Qazprom”un idarə heyətinin keçmiş üzvü Boqdan Budzulyak, şirkətin nəqliyyat departamentinin rəsi müavini Aleksandr Şayhuddinova, “ABB Rusiya” şirkətinin nümayəndəliyinin keçmiş prezidenti Mixail Çesnakova və “ABB Rusiya”nın keçmiş prezidenti Vladimir Uşakovla bağlı araşdırma aparır.
Siemens konserninin törəməsi olan Siemens Industrial Turbomachinery (SIT) şirkəti 2004-2006-ci illərdə turbin nəqli üçün müqavilə alarkən “Qazprom”un top-menecerlərinin iştirak etdiyi məsləhətləşmələrə görə vəsait ödəyib. İsveçrə hüquq mühafizə orqanları bunu üstü örtülü rüşvət tələb edir.
azadliq.info