Litva prezidenti Dalya Qribauskas bəyan edib ki, Putinin Ukraynada aqressiyası onun Avropanın xəritəsini dəyişmək üçün atdığı ilk addımdır. Əgər Rusiya prezidenti Ukraynada dayandırılmasa, daha da irəli gedəcək.
«Biz Krım hadisələrinin şahidi olduq. İndi eyni hadisələr Ukraynanın şərgində baş verir. Əminəm ki, bu, Putinin öz gücünü nümayyiş etdirmək istədiyi sonuncu ərazi deyil», – deyə Litva prezidenti qeyd edib.
Qribauskasın fikrincə, Qərb Rusiyaya qarşı sanksiya məsələsində yumşaqlıq gösrəpsə, Putin Şərgi Ukraynanı Cənubi Ukrayna və Krımla birləşdirmək istəyəcək.
azadlıq.info