Avropa Yenidənqurma və İnkişaf Bankının məlumatına görə, Avropa Birliyinin Rusiyaya qarşı sentyabrda tətbiq etdiyi sanksiyalar Moskva üçün xüsusilə ağrılı olacaq. Çünki sanksiyalar Rusiya iqtisadiyyatının özəyini təşkil edən neft sektoruna aiddir. Belə bir məlumat AYİB-in Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi artıma dair dərc etdiyi proqnozunda əks olunub. Proqnozda Rusiya və Ukraynaya daha çox diqqət yetirilib. AYİB-in proqnozuna görə, Rusiya iqtisadiyyatını ilin sonuna qədər durğunluq gözləyir. Qərbin sanksiyaları Rusiya biznesinə ciddi zərbə vuracaq, şirkətlərin beynəlxalq kapital bazarına çıxışı məhdudlaşdırılacaq. Bundan əlavə, Moskvanın Qərbə qarşı sanksiyaları da Rusiya iqtisadiyyatına zərər vuracaq. AYİB-ın hesablamasına görə, Rusiyanın antisanksiyaları səbəbindən inflyasiya daha 0,1-0,2% arta bilər. Rusiya ərzasindən Qərb avişirkətlərinin uçuşuna qadağa “Aeroflot”a illik 300 mln dollardan çox ziyan vura bilər.
azadlıq.info