Çexiyanın TOP09 siyasi partiyası Rusiyanın Avropa Şurasından çıxarılmasını tələb edir. Bu barədə Praqadakı mətbuat konfransında partiyanın lideri, Çexiyanın sabiq xarici işlər naziri Karel Şvartsenberq bəyanat verib. “Ukraynada baş verənlər sadəcə olaraq müharibədir. Avropada belə bir müharibə aparan dövlətin Avropa Şurasında nə işi var?”, deyə partiya lideri vurğulayıb. Partiyanın başqa bir üzvü Qabriela Peskova isə bəyan edib ki, o, təşəbbüslərinin AŞ-da dəstəklənməsinə çalışacaq.
azadliq.info