Türkiyədə hazırda ABŞ-da yaşayan ictimai-dini xadim Fətullah Gülənin tərəfdarlarına qarşı əməliyyat çərçivəsində saxlanılanların sayı artıq 103 nəfərə çatıb.
Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında Istanbul polisinin sabiq rəisi Erkan Erçıktı da var.
Iyulun 22-dən Türkiyənin güc strukturlarında Gülən hərəkatının tərəfdarlarının kadr təmizləməsi aparılır. Kadr təmizləmələri ölkənin 25 dairəsindəki güc strukturlarında həyata keçirilir.
Saxlanılanlar arasında Türkiyə kəşfiyyatının Istanbul şöbəsinin sabiq rəisi Əli Fuad Yılmazer də var.