Rusiya Federasiya Təhlükəsizlik Şurasının katibi Nikolay Partuşev hakimiyyətin müxalifət və Ukrayna hakimiyyəti ilə münasibətlərinə aid original bəyanatla çıxış edib.
Təhlükəsizlik Şurasının katibi “müxalifətin sözünü dinləməyə” çağırıb. Onun sözlərinə görə, bu, seaparatizmdən yaxa qurtarmağa yardım edəcək.
“Vəziyyətin normal olması üçün biz təkcə fikrini bəyəndiyimiz adamları deyil, bəyənmədiklərimizi də dinləməliyik. Onların niyə belə fikirlər səsləndirdiyini anlamaq lazımdır. Şübhəsiz ki, biz ölkədə müxalifətin də fikrini eşitməli və qərar qəbul edərkən nəzərə almalıyıq», – deyə Partuşev bildirib. O qeyd edib ki, müüxalifətçilər də ağıllı fikirlər səsləndirir.
azadlıq.info