Rusiyanın təyyarə qəzasında iştirakı sübut olunsa, Putinin G-20 sammitinə dəvəti ləğv edilə bilər. Sammit bu ilin noyabr ayında Avstraliyada keçiriləcək.
Avstraliyanın baş naziri Toni Abbott Rusiyadan hadisənin araşdırılmasına yardım etməyi tələb edib. O bildirib ki, təyyarə Rusiyameylli qüvvələrin nəzarət etdiyi ərazidən, rusların verdiyi silahdan vurulub.
azadlıq.info