Ukrayna milisi Mariupol şəhər şurasının binasını separatçı dəstələrdən azad edib. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov məlumat verib.
“Meriya normal iş rejiminə qaytarılması üçün azad edilib. Əməliyyatda vətəndaş cəmiyyəti fəallarının rolu yüksək olub. Daxili İşlər Nazirliyi vəziyyəti normallaşdırmaq üçün tədbirlər görür. Hazırda binada partlayıcı qurğuların olub-olmadığı yoxlanılır. Mer artıq binadadır”, – deyə Avakov bildirib.
Nazir deyib ki, əməliyyat itkisiz baş tutub. O, şəhərdə vəziyyətin tam normallaşdırılması üçün tədbirlərin davam edəcəyini də əlavə edib.
Ukrayna milisi aprelin 23-də Svetoqorsk şəhər meriyasını da separatçılardan azad edib.