Rusiya prezidenti Şeron Stounu ismarıc yağışına tutub
Rusiya prezidenti Vladimir Putin artıq bir neçə aydın ki, Hollivud ulduzu Şeron Stounun telefonuna ismarıclar göndərir. Bu barədə Almaniyanın Bild nəşri aktrisanın rəfiqələrindən birinə istinadən yazıb. Mənbənin sözlərinə görə, Rusiya dövlət başçısı 56 yaşlı aktrisanın kefini açsa da, onun zövqünə cavab vermir.
Şeron Stoun və Vladimir Putin 2010-cu ilin dekabrın 10-da xeyrinə gecəsində görüşüblər. O zaman baş nazir postunu tutan Putin səhnəyə çıxaraq məşhur Amerika mahnısını ifa etmişdi.
Xatırladaq ki, ötən ilin iyun ayında Putin həyat yoldaşı ilə boşandığını elan etdi.
azadlıq.info