Rusiya prezidenti Vladimir Putin 2013-cü ildə 3 milyon 772 min rubl (106 min ABŞ dolları) qazanıb.
Kremlin.ru saytında yerləşdirilən bəyannamədə belə məlumat verilir.
Hökumət başçısı Dmitri Medvedevin illik gəliri 4 milyon 259 min rubl (120 min dollar) olub.
Federal hökumət üzvlərindən ən çox qazanan açıq hökumət naziri Mixail Abizovdur. Bəyannamədə göstərilən məlumata görə, 2013-cü ildə onun gəlirləri 283 milyon rubl (8 milyon dollar) olub.
İkinci yerdə 240 milyon rublla (6 milyon 740 min dollar) baş nazirin birinci müavini İqor Şuvalov gəlir.
Prezident Administrasiyasının rəhbəri Sergey İvanov ötən il 11 milyon (309 min dollar), prezidentin mətbuat katibi Dmitri Peskov 9 milyon 200 min rubl (258 min dollar) qazanıb.
Siyahıda məmurlarla yanaşı, onların həyat yoldaşları ilə övladlarının gəliri və malik olduğu əmlak da dərc olunub (Azadlıq” radiosu).