ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, Ukraynanın şərqindəki insidentlər bu öplkənin dövlətçiliyinə qarşı yönələn separatizm və sabotaj olmaqla, “orkestr əməliyyatıdır”.
ABŞ Konqresinin Helsinki Komissiyasındakı dinləmələr zamanı Nuland deyib ki, Xarkov, Donetsk, Luqansk və Mariupolda dövlət binalarının zəbt olunmasında Vaşinqton aydın şəkildə Moskvanın əlini görür. “Baş verənlər Rusiya təhlükəsizlik qüvvələrinin göstəriş və köməyi ilə həyata keçirilir”, – deyə o bildirib.
Nuland böhranın həllinə dair ABŞ-ın siyasətini açıqlayıb: “Beynəlxaql Valyuta Fondu və avropalı tərəfdaşlarla birgə Ukraynaya maliyyə yardımı, Rusiyaya təzyiqlər və eyni zamanda böhranın genişlənməməsi üçün danışıqların aparılması, nəhayət, NATO tərəfdaşlarının regionda döyüş hazırlığını yüksəltmək”.
azadliq.info