Bugünlərdə ABŞ hökuməti «Əl-Qaidə» lideri Bin Ladenə məxsus şəxsi məktubları açıqlamışdı. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu dəfə Bin Ladenin sağkən hansı kitabları oxuduğu barədə məlumat yayıb. Bu kitablar Bin Ladenin ələ keçirildiyi məkanda aşkarlanıb. Kitabxanada diqqətçəkən nəşrlər var – Noam Çomski «Gərəkli illüziyalar: Demokratik cəmiyyətlərdə düşüncənin idarə olunması», «Hegemonluq və həyatda qalma: ABŞ-ın qlobal suverenlik arayışı», Bob Woodward «Obamanın savaşları», Paul Kennedi «Böyük güclərin yüksəlişi və çöküşü», Devid Griff «Yeni Pearl Harbor: Buş idarəçiliyinə dair narahatlıq yaradan suallar və 11 sentyabr hüjumları», Willard Matthias «Amerikanın strateji xətaları», Michel Chossudovsky «Amerikanın terrorla savaşı», Hanna Rogan «Əl-Qaidənin Online Media Strategiyası», Greg Palast «Pulun satın ala biləcəyi ən yaxşı demokratiya», Anthony Suttonn «Pulun satın ala biləcəyi ən yaxşı düşmən».
Bin Ladenin oxuduğu dini kitablar isə bunlar olub – «Quran», «İslamı başa düşmək üçün qısa rəhbər (I.A.Ibrahim)», «İspaniyada 756-1031-ci illərdə xristianlıq və İslam» (C.R.Haines) və «Sivil Demokratik İslam: Ortaqlar, qaynaqlar və strategiyalar» (Cheryl Benard).
Gültəkin