Gürcüstanın Xarici İşlər Nazirliyi nazir müavini Gigi Gigiadze Ermənistanın bu ölkədəki səfiri Yuri Vardanyanla görüş barədə məlumat yayıb. Məlumata görə, mayın 4-də səfir nazirliyə dəvət edilib. Gigi Gigiadze Ermənistan parlamentinin spikeri Qalusta Saakyanın Sxenvali rayonunun Rusiya işğalçı rejiminin nümayəndəsi ilə görüşündən narazılığını bildirib.
Nazirliyin bəyanatında deyilir ki, bu fakt Ermənistanla Gürcüstan arasında dost münasibətlərə ziddir və ikitərəfli münasibətlərə ciddi zərbə vurur.
azadlıq.info