Beynəlxalq Kosmik Stansiyaya yük çatdırmalı olan Rusiyanın «Proqress M-27M» kosmik gəmisi orbitə çıxa bilməyib və nəzarətsiz halda düşməyə başlayıb.
Məlumata görə, kosmik yük onlarla metr hündürlük itirib. Kosmik gəminin hissələrinin nə vaxt və hansı əraziyə düşəcəyi hadisədən bir neçə saat əvvəl bilinəcək. «Roskosmos» da kosmik gəminin sıradan çıxdığını təsdiqləyib.
azadlıq.info