Ukrayna prezidenti Petr Poroşenko bildirib ki, ölkəsi Rusiyadan olan fəallara vətəndaşlıq verilməsi məsələsini sadələşdirəcək.
Kiyevin mövqeyini müdafiə etdiyinə görə təzyiq və təqiblərlə üzləşən rusiyalılar Ukraynada siyasi sığınacağı daha rahat şəkildə ala biləcəklər.
Poroşenkonun sözlərinə görə, hazırkı qaydalar Ukraynada sığınacaq axtaran ruslara vətəndaş verməyə imkan yaratmır. Lakin o qaydaların sadələşdiriləcəyini vəd edib.
azadlıq.info