Almaniya Bundestaqının deputatı Norbert Rettgen Rusiya prezidentini müxalifət lideri Boris Nemtsovun qətlinə görə məsuliyyət daşıdığını deyib. Almaniyalı siyasətçi Rusiyanın daxili və xarici kursundakı təcavüzdən danışıb.
Bundestaqın xarici siyasət komitəsinin sədri Rettgen bildirib ki, Nemtsova qarşı sui-qəsd Rusiyanın daxilində baş verənlərə işıq salır. Bütün bunlara görə məsuliyyət isə prezident Putinin üzərindədir.
Almaniyalı siyyasətçi qeyd edir ki, daxildə və xaricdə təcavüz siyasətinin gələcəyi yoxdur. Putin bunu nə qədər tez anlasa, bir o qədər onun özü üçün də, Rusiya üçün də yaxşı olar.
Rettgen Putin sisteminə qarşı əsas müxalifətçinin qətlini çirkin cinayət adlandırıb.
azadlıq.info