ABŞ prezidenti Barak Obama, seçkidə qələbə çalması münasibətilə Yunanıstanın yeni baş nazirini təbrik edib. Avropanın durğunluqdan qurtarması üçün Yunanıstanın bütün cəhdlərini dəstəkləyəcəyini bildirən Obama, ABŞ və Yunanıstan maliyyə nazirləri arasında əməkdaşlığın zəruriliyini də vurğulayıb. Baş nazir Çiprasa qarşıdakı günlərdə istirahət etməyi məsləhət görən Obama, bunu etməyəcəyi təqdirdə onun da saçlarına özününkü kimi dən düşəcəyi xəbərdarlığı edib. Yeni nazir isə prezident Obamanın istirahət tövsiyəsinə belə cavab verib: “Çətin işin altına girmişəm, görüləsi çox iş var”.
azadliq.info