PYD terror təşkilatının silahlı qolu olan YPG gücləri Suriyanın Kobani şəhəri üzərində nəzarəti tamamilə ələ keçirib.
Bu barədə Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumata görə, İŞİD terror qruplaşması tamamilə Kobanidən çıxarılıb.
Xatırladaq ki, İŞİD və Şimali İraq kürd muxtariyyətinin peşmərgə qüvvələrinin dəstək verdiyi YPG arasında Kobani uğrunda döyüşlər 16 sentyabr tarixindən davam edirdi.
***
ABŞ Müdafiə Nazirliyi, Kobanidə dörd aydır davam edən mübarizənin bitdiyini və ya şəhərin tamamilə İŞİD ünsürlərindən təmizləndiyini təsdiq edə bilməyəcəklərini bildirib.Pentaqon sözçüsü polkovnik Steve Varren: “Döyüşün tamamilə qazanıldığını söyləyəcək vəziyyətdə deyiləm. Savaş davam edir. Lakin bu anda dost qüvvələrin üstün vəziyyətdə olduğunu təsdiqləyə bilərəm”,deyə pentaqon sözçüsü bildirib. Suriya İnsan Haqları Müşahidə Qrupu Türkiyə sərhəddinə yaxın Kobaninin təkrar geri aldığını bildirməsinə baxmayaraq, Pentaqon rəsmisi Steve Warren bu məlumatı təsdiqləməyib.
azadlıq.info