Fələstinin məskunlaşma naziri Ziyad Əbu-Əyn Qərbi Şeriada İsrail əsgərləri ilə qarşıdurma zamanı həlak olub. Nazir Qərbi Şeriada İsrailin sədd tikməyinə qarşı etiraz aksiyasında iştirak edib. Bəzi məlumatlara görə, İsrail səgərləri nazirin üzünə bibər qazı sıxıb və sinəsindən zərblə vurublar. Nazir xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
İsrail mənbələri isə bildiriblər ki, nazirin epilepsiya xəstəliyi olub, etirazçılarla əsgərlər arasında yaşanan itələşmə zamanı özünədn gedib və xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.
Yayılan fotolardan birində özündən getmiş nazirə soğan iylədildiyi görünür və bu, onun həqiqətən də epilepsiya xəstəsi olduğuna dair ehtimal yaradır.
Fələstinin dövlət başçısı Mahmud Abbas İsrail əsgərlərinin nazirə qarşı hərəkətini “barbarlıq” adlandırıb. İsrail ordusu isə baş verən hadisənin araşdırıldığını deməklə kifayətlənib.
azadliq.info