Rusiya prezidenti Vladimir Putin digər ölkələrdəki “rəngli inqilablardan” dərs çıxarmağa çağırıb. O, eyni hadisələrin ölkəsində təkrarlana biləcəyindən ehtiyatlanır. Təhlükəsizlik Şurasının iclasında çıxış edən Kreml rəhbəri deyib ki, “rəngli inqilablar” ağır nəticələrə gətirib çıxarır. “Biz oxşar vəziyyətin Rusiyada təkrarlanmaması üçün əlimizdən gələni etməliyik”, – deyə Putin bildirib.
azadliq.info