Qazaxıstanın Milli Bankının sədrinin müşaviri Oljas Xudaybergenov Rusiyanın üzləşdiyi sanksiyalar və onların yaratdığı ağır fəsadlardan danışıb.
Xudaybergenov rus rublunun gələcək taleyi ilə bağlı proqnoz verməkdən çəkinib və siyasi amillərin iqtisadi duruma təsirinin güclü olduğunu deyib.
Rusiyanın xarici borclarını hansı yollarla qaytara biləcəyindən söz açan mütəxəssis bunun üçün idxalın azaldılmasını, xaricdə olan 2 trln dollar kapitalın ölkəyə qaytarılmasını vacib hesab edib. Vəziyyətin mürəkkəb olduğunu deyən Xudaybergenov hesab edir ki, Rusiya problemlərin həəlli üçün ilk növbədə korrupsiyadan yaxa qurtarmalı və dövlət idarəçiliyini yaxşılaşdırmalıdır. Onun sözlərinə görrə, əsas problem xariciborcun çoxluğundan deyil, məhz mövcud imkanlardan istifadə edə bilməyən dövlət idarəçiliyi sistemindədir.
azadlıq.info