ABŞ prezidenti Barak Obamanın oktyabr ayında İranın dini lideri Əli Xamneyiyə göndərdiyi və “İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasına qarşı mübarizədə və nüvə müzakirələrində əməkdaşlıq istədiyi gizli məktubuna İrandan cavab verilib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, keçən həftə ortaya çıxan bu gizli məktubun Obamanın Xamneyiyə göndərdiyi 4-cü məktub olduğu və İrandan da məktublara cavab verildiyi bəlli olub.
İran Milli Təhlükəsizlik Şurasının ümumi katibi Əli Şamkhani mövzu ilə bağlı İran Dövlət Televiziyasına açıqlamasında məlumat verib. Obamanın məktubuna cavab olaraq yenə məktub yazıldığını vurğulayan Şamkhani “bu ilk dəfə olmur”, – deyib.
Onun sözlərinə görə bu, prezidentliyi müddətində Obamanın Xamneyiyə yazdığı dördüncü məktub idi, ancaq İrandan o məktublara cavab verilib-verilmədiyi bilinmirdi.
Şamkhani deyib: “Bu günə qədər bəzi məktublara lazımlı cavab verildi”.
Şamkhani məktubun məzmununa dair isə açıqlama verməkdən yayınıb: “Daha çox nüvə mövzusuna toxunuldu”.