Rusiya oktyabrın 22-dən etibarən Ukraynadan bütün meyvə-tərəvəzin idxalını qadağan edir. Rusiya buna səbəb kimi Ukraynanın Avropa meyvə-tərəvəzini reeksport etməsini və meyvə-tərəvəzdə qadağan olunmuş maddələrin olmasını göstərir.
Rusiya oktyabrın 21-də isə Avropa Birliyindən quş piylərinin və mal əti məhsullarının gətirilməsini qadağan edib.