İŞİD terror təşkilatının törətdiyi qətliamlardan bəhs edən videoçarxların yayılması Avropada yaşayan insanlar arasında da ciddi çaxnaşmaya səbəb olub. Dünyanın sabit ölkələrindən biri İsveçin paytaxtı Stokholmda 40 yaşlı isveçlı qadın küçənin ortasında bir nəfərə hücum edərək onun boğazına bıçaq söykəyib. Yerli mətbuatın xəbərinə görə, bıçağı Abdulla Mahmudxan adlı miqrantın boğazına söykəyən qadın “pis canlı bomba ölkənə qayıt!” deyə qışqırıb.
Qadının əlindən qurtulan Abdulla Mahmudxan hadisədən sonra böyük şok keçirib. Hücuma məruz qalan miqrantın qızı Şəbnəm Mahmudxan olay zamanı işdə olduğunu, hadisəni eşitdikdə hönkür-hönkür ağladığını söyləyib. Atasının 26 ildir İsveçdə yaşadığını deyən Şəbnəm bu hücuma və təhqirləri layiq olmadıqlarını bildirib.