Rusiya mətbuatının məlumatına görə, terror qruplaşması Əlcazairdə girov götürdüyü Fransa vətəndaşı Erve Qurdelin edam edib. İŞİD üzvləri sosial şəbəkələrdə Fransa hökümətinə mesaj olaraq “Qanlı məktub” adlı video da yerləşdirib.
Xatırladaq ki, bir müddət əvvəl Erve Qurdel Fransa prezidenti Fransua Ollanda video vasitəsi ilə müraciət edərək İraqda İŞİD-ə qarşı əməliyyatları dayandırmağı istəmişdi. Əks halda İŞİD Fransa vətəndaşını edam edələcəyi bildirilirdi.