Rusiya Ukraynaya qarşı həyata keçirdiyi təcavüzə görə Avropa Birliyinin yeni sanksiyaları ilə üzləşə bilər. Bunu Böyük Britaniyanın baş naziri Devid Kameron bəyan edib.
«Rusiya tankları Ukrayna sərhəddini keçərkən Minskdə danışıqları getmək yetərli deyil. Bunun qarşısı dərhal alınmalıdır», – deyə baş nazir bəyan edib. «Biz Rusiyanı başqa yolla hərəkət edib böhranın siyasi yolla həllinə nail olmağa çağırırıq. Əgər Rusiya bunu etməsə, qarşıdadaha ciddi sanksiyalarla üzləşəcəyinə şübhə etməsin», – deyə baş nazir vurğulayıb.
azadlıq.info